Salam, xoş gəlmisiniz.

FRANSA NƏDƏN NARAHATDIR? – Makron Trampdan tələb edir ki, “ziblinə sahib çıx”…

2019-10-18 14:25:01

FRANSA NƏDƏN NARAHATDIR? – Makron Trampdan tələb edir ki, “ziblinə sahib çıx”…

Terror nəticədir, səbəb isə Fransa kimi riyakar dövlətlərin qeyri-bəşəri siyasətidir

Fransanın xarici işlər naziri Jan-İv Le Drian dünən, oktyabrın 17-də Suriyada həbs altında saxlanılan İŞİD terrorçu qruplaşması üzvlərinə yönəlik gələcək fəaliyyətləri müzakirə etmək məqsədilə İraqa gəlib.

Bu məsələnin müzakirəsinə ehtiyac məhz Türkiyə ordusunun Suriyanın şimal-şərqində keçirdiyi «Sülh çeşməsi» hərbi əməliyyatı fonunda meydana gəlib. Bildirilir ki, İŞİD qruplaşmasının 12 min döyüşçüsü bu ərazidə yerləşən məhbəs və düşərgələrdə saxlanır. Əraziyə isə kürd silahlıları nəzarət edirlər. Bu barədə cümə axşamı «Əl Ərəbiyyə» telekanalı məlumat verib.

Guya, bundan əvvəl cihadçıların kürdlər tərəfindən qorunan türmələrdən qaçması halları öz təsdiqini tapıb. Kürd qruplaşmaları rəhbərliyinin təsdiqlədiyi kimi, İŞİD-ın keçmiş üzvlərinin saxlandığı məntəqələr Türkiyə ordusu tərəfindən atəşə tutulub.

Bazar ertəsi, oktyabrın 14-də Fransanın prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampla telefon danışığı zamanı diqqəti buna yönəldib ki, Birləşmiş Ştatlar bölgəni tərk edəndən sonra, «ərazidə İŞİD qruplaşmasının təkrar meydana çıxması mütləq şəkildə yolverilməzdir».

Xəbər verildiyi kimi, Suriya silahlı kürdlərinin komandnı Məzlum Kobani bəyan edib ki, Suriyadakı kürd silahlı qruplaşmaları təxminən 12 min İŞİD məhbusunun saxlanmasına əvvəlki kimi, məsuliyyət daşıyacaq.

İndi isə gəlin bu xəbərin bəzi məqamlarına diqqət yeirək. Məsələn, Fransa məhz nə üçün İŞİD məhbuslarının taleyindən bunca «ciddi narahatlıq» keirir. Həm də bu narahlığı məhz türk ordusunun Suriyanın şimal-şərqindəki kürd terrorçularını təqib etməsi ilə əlaqələndir?

Üstəlik də Fransa prezidenti ABŞ prezidenti Donald Trampdan İŞİD qruplqmasının təkrar baş qaldırmasına yol verməməyi» xahiş edir.

Bütün bunlar açıq-aydın göstərir ki, uzun müddət İŞİD adı altında Suriyada döyüşən qrupları məhz qərb ölkələri yaradıb və ərazidə yerləşdirib, silahlandırıb, maliyyələşdirib. Həm də iddia edildiyi kimi, bu dəstənin üzvlərinin əsasən, müsəlmanlardan ibarət olması barədəki iddialar yalandır və bu ad altında döyüşmüş insanların böyük qismi elə Fransa kimi, Avropa ölkələrinin vətəndaşlarından ibarətdir. Makron da həmin terrorçuların Türk hərbçilərinin əlinə keçməsindən narahatlıq keçirir.

Belə ki, onarın ələ keçsməsi Fransa da daxil, Qərbin riyakar dövlətlərinin ifşası demək olardı. O da şübhəsizdir ki, «məhbus-islamçılar» zamanında böləyə məhz Birləşmiş Ştatların təşəbbüsü və rəhbərliyi altında yerləşdirilib, uzun müddət maliyyələşdirilib! Başqa sözlə, onlar ABŞ koalisiyasının muzdlu döyüşçüləri olub. Məhz bu səbəbdən dolayı, indi Makron Trampdan tələb edir ki, «ziblinə sahib ol»…

Fransanın Suriya kürdlərinə (terrorçulara) ünvanlı bunca «ülvi məhəbbət»inin bir səbəbi də budur – Makron ehtiyat edir ki, Türkiyə ordusunun hücumu qarşısında tab gətirə bilməyən kürd dəstələri gülərin birində sözügedən 12 min məhus-terrorçunu taleyin ümidinə buraxıb qaçar və onlar türkdərin əlinə keçər…

Bütün bunları saf-çürük etdikcə, açıq-aydın görünür ki, vaxt ötdükcə «fransa» kəlməsi «terror, terorçu» sözləri ilə çıx formada assosiasiya təşkil etməkdədir. Başqa sözlə, terror nəticədir, səbəb isə Fransa kimi, riyakar dövlətlərin alçaq və qeyri-bəşəri siyasətidir. Ona görə də gərəkdir ki, bəşəriyyətin proqressiv kəsimi nəticə ilə yox, səbəblə mücadiləyə qalxsın!/azpolitika.info/


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru