Salam, xoş gəlmisiniz.

Gölməçəyə çevrilən paytaxt küçələri - Dövlət Agentliyi səbəbləri AÇIQLADI 

2019-12-09 10:30:08

Gölməçəyə çevrilən paytaxt küçələri - Dövlət Agentliyi səbəbləri AÇIQLADI 

Bakıda göydən yerə nur yağan kimi, yer sakinlər üçün əsl cəhənnəmə çevrilir desək, yəqin ki, razılaşarsız. Əksər küçə və prospektlərdə yağış kollektorlarının olmaması, zamanla yollarda çalaların açılmasına səbəb olur ki, bu da istər nəqliyyat vasitələrinin, istərsə də piyadaların hərəkətinə çətinlik yaradır. Bir sözlə, yağış belə həyatımızı çətinləşdirməklə məşğuldur...

Hurriyyet.org xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycan Avtomboil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, buna səbəb bəzi yerlərdə yağış- kanalizasiya kollektorlarının olmamasıdır.

“Bakıda əhalinin sayı sürətlə artdığından, tikinti sürətlə getdiyindən kanalizasiya kollektorları gərgin vəziyyətdə çalışır. Yağış kollektorları da kanalizasiya kollektorlarına qoşulanda su yenidən yollara qayıdır. Biz mümkün olan yerlərdə yağış-kanalizasiya sistemi yaradıb həmin kollektorlara qoşuruq.

Kollektorların qoşulması mümkün olmayan yerlərdə isə yol kənarında xüsusi quyular qazılır. Bunun vasitəsilə axan sular quyulara yönəldilir, oradan isə nasoslar vasitəsi ilə ərazidən kənarlaşdırılır. Bu da mümkün olmadıqda təbii axınla ərazidən uzaqlaşdırılmağa çalışılır. Amma bu çox zaman alınmır, çünki yol kənarında olan infrastruktur buna imkan vermir. Əvvəllər Bakıda tikintilər az idi, yağış sularının ərazidən təmizlənməsi təbii axınla mümkün idi. Hazırda isə bir çox hallarda bu, mümkün olmur”, - deyən A.Nəcəfli qeyd edib ki, son illər Bakıda tikilən yeni tikililər buna imkan vermir:

“Bu üzdən bu cür problemlər də baş verir”.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru