Göyçayda hadisə: Evində saxladığı it ağzından dişlədi

Göyçayda hadisə: Evində saxladığı it ağzından dişlədi

Göyçayda qadın itin hücumuna məruz qalıb.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Qızılağac kəndində qeydə alınıb. Kənd sakini, 65 yaşlı Əsgərova Surə Cahangir qızı evində saxladığı itin hücumuna məruz qalıb. İt qadını yerə yıxaraq onun ağzından dişləyib. O, təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.