Gürcüstanda azərbaycanlılara məxsus qəbirlər dağıdıldı - FOTOLAR

Gürcüstanda azərbaycanlılara məxsus qəbirlər dağıdıldı - FOTOLAR

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Daştəpə kənd qəbiristanlığında vandalizm aktı törədilib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, qəbiristanlıqda Seyid Qəmbər Əsgərovun türbəsindəki qəbri dağıdılıb.

Onun ailəsinin beş üzvünün qəbirlərinin baş daşları da uçurularaq yararsız hala salınıb.

Seyid Qənbər Əsgərovun yaxınları və Daştəpə sakinləri qəbirlərin qəsdən dağıdıldığını iddia edirlər.

Hadisə yerinə polis çağırılıb.

Faktla bağlı araşdırma aparılır.