Gecə saatlarında Prezident Administrasiyasının ətrafındakı həyətlərdə işıqlar niyə söndürülür? – SAKİNLƏR NARAZILIQ EDİR

Gecə saatlarında Prezident Administrasiyasının ətrafındakı həyətlərdə işıqlar niyə söndürülür? – SAKİNLƏR NARAZILIQ EDİR

Səbayel rayonu, Teymur Elçin 4 ünvanında yaşayan bir qrup sakin tərəfindən Hurriyyet.org-un redaksiyasına müraciət daxil olub.

Gecə saatlarında, təxminən saat 1:00 radələrində yaşadıqları ərazidə işıqların söndürüldüyünü bildirən şikayətçilər deyir ki, bu məsələyə görə çox narahatdırlar.

Onlar bildirir ki, zülmət qaranlıq səbəbindən gecə saatlarında Teymur Elçin 4-də və yaxın ərazidə hərəkət etmək çətin olur.

Məlumata görə, təkcə yaşadıqları Teymur Elçin 4 ünvanında deyil, yaxın həyətlərdə və mərkəzi küçələrdə də işıqları söndürülür ki, bu zaman zülmətdən ətrafı görmək mümkün olmur.

Sakinlər deyir ki, yaşadıqları Teymur Elçin 4 ünvanı Prezident Administrasiyasının düz qarşısında yerləşdiyindən, əslində, təhlükəsizlik baxımından bu ərazidə işıqların söndürülməsi düzgün deyil.

“Əksinə, Prezident Administrasiyasının, eləcə də bu kimi strateji obyektlərin ətrafındakı bütün küçələrin işıqlandırılmasına xüsusi diqqət ayrılmalıdır ki, təhlükəsizlik məsələsi daim nəzarətdə saxlanılsın”, - deyə şikayətçilər bildirirlər.

Hurriyyet.org

Redaksiyadan: Mövzu ilə bağlı rəsmi qurumların mövqeyini öyrənməyə çalışacağıq.