Salam, xoş gəlmisiniz.

Goranboyda icra nümayəndəsi kənd sakinini döydü

2019-11-02 12:16:48

Goranboyda icra nümayəndəsi kənd sakinini döydü

Goranboyda döyülmə faktı qeydə alınıb.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Həmənli kəndində qeydə alınıb.

Kənd sakini, 1969-cu il təvəllüdlü Mahir Verdiyev Nuru oğlu kənddə su üstündə həmkəndlisi tərəfindən döyülüb. O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan bildilib ki, M.Verdiyevin vəziyyəti kafidir. Döyülən şəxsin sözlərinə görə, o, Qaramusalı kənd inzibati ərazi dairə üzrə nümayəndəsi Abbasov Hüseynalı tərəfindən su üstündə aralarında yaranan mübahisə zamanı döyülüb. 

Hadisə ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru