Salam, xoş gəlmisiniz.

Hazırda yaşayan “Xalq artisti” və “Əməkdar artist”lərin sayı AÇIQLANDI

2019-11-18 11:54:54

Hazırda yaşayan “Xalq artisti” və “Əməkdar artist”lərin sayı AÇIQLANDI

“Hazırda Azərbaycanda 230 nəfərdən çox “Xalq artisti”, 340 nəfərdən çox isə “Əməkdar artist” fəxri adına layiq görülənlər var”.

Hurriyyet.org xəbər verir ki, bunu modern.az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyinin İctiamiyyətlə əlaqələr şöbəsinin rəhbəri İntiqam Hümbətov bildirib.

İ.Hümbətov qeyd edib ki, siyahıda olanlar hazırda yaşayan və təqaüd alanlardır.

Qeyd edək ki, “Xalq artisti” fəxri adına görə ödənilən aylıq təqaüdün məbləği 150 manat, “Əməkdar artist” fəxri adına görə ödənilən aylıq təqaüdün məbləği isə 100 manatdır.

Xatırladaq ki, sonuncu dəfə “Xalq artisti” fəxri adı bu il oktyabrın 23-də müğənnilər Röyalə Nəcəfova (Röya), Mir Yusif Mirbabayev və Tünzalə Ağayevaya verilib.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru