Salam, xoş gəlmisiniz.

Heydər Əliyev Fondu Mübariz İbrahimovun atasının müalicəsini öz üzərinə götürdü

2019-10-10 18:52:36

Heydər Əliyev Fondu Mübariz İbrahimovun atasının müalicəsini öz üzərinə götürdü

Heydər Əliyev Fondu Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun atası Ağakərim İbrahimovun müalicəsini öz üzərinə götürüb.

Hurriyyet.org xəbər verir ki, bu barədə report-a Ağakərim İbrahimovun oğlu Rəşad İbrahimov məlumat verib.

Onun sözlərinə görə, A.İbrahimov bu gün Bakı şəhərində ürəyindən əməliyyat olunduğu Mərkəzi Klinikadan evə buraxılıb və yaşadığı Biləsuvar rayonunun Əliabad kəndinə yola salınıb. 

"Bundan sonra onun müalicəsi ev şəraitində davam etdiriləcək. Hazırda atamın vəziyyəti yaxşıdır, rahat şəkildə yeriyir, gəzir. Atamın müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb", - deyə R.İbrahimov bildirib.

Qeyd edək ki, A.İbrahimov bir həftə əvvəl ürəyindən əməliyyat olunub.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru