İcra hakimiyyəti əsgərin şəhid olduğunu TƏSDİQLƏDİ

İcra hakimiyyəti əsgərin şəhid olduğunu TƏSDİQLƏDİ

Sosial şəbəkələrdə Dövlət Sərhəd xidmətinin əsgəri Babək Vəli oğlu Aslanovun dünən gecə saatlarında cəbhənin Qazax istiqamətində şəhid olduğu barədə xəbər yayılıb. 

Hurriyyet.org bildirir ki, modern.az-ın əməkdaşı xəbəri dəqiqləşdirmək üçün öncə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzi ilə əlaqə saxlamağa çalışıb. Ancaq DSX-nın mətbuat xidməti həmişəki kimi telefon zənglərinə cavab verməyib. 

DSX-nın mətbuat xidmətinin rəisi Rövşən Cahangirovu tapmaq müşkülə çevrilib.

Xaçmaz Rayon İcra Hakimiyyətindən İctimaiyyətlə əlaqələr departamentinin aparıcı məsləhətçisi Yaqut Məsimova isə sosial şəbəkələrdə yayılmış məlumatı modern.az-a açıqlamasında təsdiqləyib..

“Babək Aslanov dünən şəhid olub. Hazırda cənazə dəfn olunmaq üçün Xaçmaz rayonunun Mollabürhan kəndinə gətirilir”.