Salam, xoş gəlmisiniz.

İllər sonra Suriya hərbçiləri neft yatağına nəzarəti qaytara bildilər

2019-11-06 11:05:12

İllər sonra Suriya hərbçiləri neft yatağına nəzarəti qaytara bildilər

Hurriyyet.org xəbər verir ki, son bir neçə il ərzində ilk dəfə olaraq, Suriyanın hökumət ordusu ölkənin şimal-şərqində yerləşən Rumeylan şəhərinin yanındakı neft yatağını geri qaytara bilib. Məlumatı “Sham FM” radiostansiyası yayıb. Neft yatağının əvvəlcə hansı qüvvələrin işğalı altında olduğu isə dəqiqləşdirilmir.

Bundan əvvəl Pentaqonun rəhbri Mark Esper bildirmişdi ki, ABŞ Suriyadakı neft yataqlarını müdafiə edəcək və onu ələ keçirmək istəyənlərə hərbi qüvvə ilə cavab verəcək. Onun sözlərinə görə, amerikalı hərbçilər oraya nə Rusiyanı, nə də Suriya hərbçilərini buraxmaq niyyətindədirlər.

Rusiyanın Suriyadakı xüsusi nümayəndəsi Aleksandr Lavryentev isə bəyan edib ki, Suriyanın şimal-şərqindəki neftlə zəngin rayonlara Suriya hökuməti nəzarət eləməlidir. Rusiyanın Müdafiə Nazirliyinin rəsmi təmsilçisi İqor Konaşenkov isə ABŞ-ın Suriyada əldə elədiyi neftdən ayda 30 milyon dollardan çox gəlir götürdüyünü bildirib.

Hurriyyet.org


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru