Salam, xoş gəlmisiniz.

İngiltərə cəngavər rütbəli casusunun İstanbulda ölümündə RUSİYANI İTTİHAM EDİR

2019-11-12 17:40:01

İngiltərə cəngavər rütbəli casusunun İstanbulda ölümündə RUSİYANI İTTİHAM EDİR

Hurriyyet.org xəbər verir ki, İngiltərə Parlamentinin Xarici Əlaqələr Komissiyasının sədri Tom Tuqendhat “Financial Times” (Finanşl Tayms) nəşrinə müsahibəsində İstanbul şəhərində yaşadığı binanın qarşısında ölmüş halda tapılan keçmiş ingilis hərbçisi və casusu, Suriyada Ağ Beretlilər təşkilatının yaradıcısı Ceyms Qustav Le Mezuryeninin Rusiya tərəfindən hədəf göstərildiyini iddia edərək söyləyib: “Suriyada insan hüquqlarının müdafiəsi məsələsindəki qəhrəman fəaliyyəti ona olduqca çox sayda düşmən qazandırdı və Rusiya məmurları tez-tez onu terror təşkilatları ilə əlaqəli olmaqda ittiham edirdilər”.

Tuqendhat Le Mezuryenin ölümü ilə bağlı istintaqa İngiltərədən olan əməkdaşların da daxil olmasının lazım olduğunu qeyd edib.

“Deyli Teleqraf” qəzeti isə İngiltərənin kəşfiyyat xidmətləri ilə hökumətinin Le Mezuryenin ölümü ilə bağlı hadisələri yaxından izlədiklərini, lakin ölüm səbəbi ilə bağlı hökm verməyin tez olduğunu fikrində olduqlarını yazıb. Qəzet adı açıqlanmayan bir suriyalı mütəxəssisin də fikirlərini əks etdirərək, agentin “ağlagəlməz bir təzyiq altında olduğunu” və “hədəfə çevrildiyini” qeyd edib.

 Le Mezuryenin ölümü ilə bağlı ətraflı məlumat üçün digər xəbərimizi də oxuya bilərsiniz: https://hurriyyet.org/xeber/p-strong-ke-ccedil-mis-ingilis-casusunun-istanbuldaki-sirli-ouml-l-uuml-m-uuml-span-style-color-e74c3c-krali-ccedil-a-ona-cengaver-r-uuml-tbesi-veribmis-span-strong-p.

Hurriyyet.org


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru