İran HƏRƏKƏTƏ KEÇDİ: Avropa qarşısını almasa...

İran HƏRƏKƏTƏ KEÇDİ: Avropa qarşısını almasa...

İran Hərtərəfli Birgə Fəaliyyət Planındakı öhdəliklərini azaltması ilə bağlı dördüncü mərhələyə hazırdır.

Hurriyyet.org publika.az-a istinadən  xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Seyid Abbas Musəvi deyib.

Avropa İttifaqı ölkələrinin nüvə razılaşması ilə bağlı cəhdlərinin nəticə vermədiyini bildirən sözçü qeyd edib ki, razılaşmanın digər tərəf ölkələri addım atmasa, İran öhdəliklərini dördüncü dəfə azaldacaq.

Qırmızı dənizdə İranın neft tankerinə hücumla bağlı da danışan Musəvi vurğulayıb ki, hücumda bir dövlətin dəstəyi olub: “Məsələ BMT-yə bildirilib və proses izlənilir. Neft tankerimizə təşkil edilən hücumun günahkarlarını cəzalandıracağıq”.