Salam, xoş gəlmisiniz.

İrana gedən azərbaycanlıların sayı kəskin artıb - Getmə səbəbləri AÇIQLANDI

2019-11-22 15:08:04

İrana gedən azərbaycanlıların sayı kəskin artıb - Getmə səbəbləri AÇIQLANDI

Bu ilin ilk 10 ayı ərzində Azərbaycana dünyanın 192 ölkəsindən 2 milyon 682,4 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı Azərbaycana gələn əcnəbilərin sayından təxminən 2 dəfə yaxın çox olub. Belə ki, bu ilin ilk 10 ayı ərzində xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 4 milyon 653,9 min nəfərə çatıb. Ötən ilin eyni dövrü ilə müqayisədə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı 15,9% və ya 639,3 min nəfər artıb.
Azərbaycan vətəndaşları ən çox İrana səfər ediblər. Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının 31,5%-i və ya 1 milyon 466 min nəfəri İranın payına düşüb. İrana səfər edən Azərbaycan vətəndaşlarının sayı 2018-ci ilin analoji dövrü ilə müqayisədə 13,4% və ya 173,2 min nəfər artıb.
Məlumat üçün bildirək ki, Azərbaycan vətəndaşları İrana daha çox alış-veriş üçün gedirlər. Bu ilin ilk 9 ayı ərzində İrana gedən 1 milyon 56 min nəfər Azərbaycan vətəndaşının 30%-i və ya 315 min nəfəri mağazalara baş çəkmək məqəsədilə İrana səfər edib. Bundan başqa ilin ilk 9 ayında 192,2 min Azərbaycan vətəndaşı istirahət üçün, 168 min nəfər isə dini ziyarət üçün İrana gedib.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru