Salam, xoş gəlmisiniz.

İranda öldürülən etirazçıların sayı azı min nəfər olub - ABŞ İran hakimiyyətini İTTİHAM ETDİ

2019-12-06 12:58:34

İranda öldürülən etirazçıların sayı azı min nəfər olub - ABŞ İran hakimiyyətini İTTİHAM ETDİ

ABŞ Dövlət Departamenti İran hakimiyyətini etiraz aksiyalarının başlanğıcından uşaqlar da daxil olmaqla, azı 1000 nəfərin qətlində ittiham edib.
Bu barədə jurnalistlərə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk bildirib.
"Biz Tehranda və onun ətraflarında yüzlərlə insanın qətli haqqında xəbərlər eşitdik. Həqiqət ən azı sızır, deyəsən rejim etirazların başlanğıcından mindən çox İran vətəndaşı öldürə bilib", - o deyib.
Onun sözlərinə görə, öldürülmüş insanlar arasında uşaqlar da var. Brayan Huk əlavə edib ki, etirazlar zamanı minlərlə insan yaralanıb, həmçinin minlərlə etirazçı həbsxanalara yerləşdirilib. Həbsxanalara salınanlar işgəncələrə məruz qalırlar.
Öz növbəsində İran hakimiyyəti ABŞ-ı qarışıqlıqların təşkilatçısı adlandırıb. Tehran rəsmiləri qeyd edib ki, ABŞ-ın hədəfi İran İslam Respublikasının təhlükəsizliyinin məhv edilməsidir./report.az/

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru