Salam, xoş gəlmisiniz.

İrandan İraqa səfərlər dayandırıldı - SƏBƏB

2019-11-04 20:33:40

İrandan İraqa səfərlər dayandırıldı - SƏBƏB

Tehran İraqdakı kütləvi etirazların İrana sıçraması qorxusundan qorxaraq İraqa bütün ziyarət səfərlərini dayandırmağa qərar verib.

Bu barədə qərar Tehranın İraqla sərhədi bağladıqdan sonra qəbul edilib.

Məlumata görə, İranın Xarici İşlər Nazirliyi də bəyanat yayaraq, iranlıları İraqa getməməyə çağırıb.

“Bizim üçün əsas prioritet zəvvarların təhlükəsizliyinin təmin edilməsidir; bu səbəblə və Ərbəin ziyarətindən bir neçə gün sonra və İraqdakı mövcud vəziyyəti nəzərə alaraq, biz öz əməkdaşlarımızı müqəddəs ziyarət məkanlarına göndərmirik və İraqdakı bütün iranlı əməkdaşlar ölkəyə qayıdıb”, - deyə nazir vurğulayıb.

Hazırda zəvvarların İraqa səfəri üçün lazımi təhlükəsizlik şəraiti mövcud deyil, Həcc və Ziyarət Təşkilatı bütün həcc karvanlarının müqəddəs ziyarət məkanlarına səfərlərinin bu haqda məlumat verilənədək dayandırılması ilə bağlı göstəriş verib və ötən həftənin sonları rəsmi məktubla, ziyarət karvanlarının İraqın müqəddəs ziyarətgahlarına səfərlərinin ləğvinə çağırıb. \\Modern.az 

 


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru