Salam, xoş gəlmisiniz.

İranın Kərbəladakı konsulluğuna hücum: ÖLƏNLƏR VAR - VİDEO - YENİLƏNİB

2019-11-04 14:46:09

İranın Kərbəladakı konsulluğuna hücum: ÖLƏNLƏR VAR - VİDEO - YENİLƏNİB

İraqın Kərbəla şəhərində İran konsulluğu qarşısında aksiyanın dağıdılması nəticəsində 5 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, məlumatı “Shafaq” agentliyi yayıb.

***

İranın İraqın Kərbəla şəhərindəki konsulluğuna hücum olub.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, məlumatı İran KİV-i yayıb.

Bir qrup naməlum şəxs konsulluğun binasına daş atıb, tikanlı məftillərdən ibarət baryeri aşaraq içəri keçməyə cəhd göstərib.

Hazırda İraqın təhlükəsizlik qüvvələri vəziyyəti nəzarət altına alıb. Binanın ətrafında vəziyyət normallaşıb.

Qeyd edək ki, oktyabrın 1-dən İraqda etiraz aksiyaları keçirilir.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru