İsgəndər Həmidov yenidən əməliyyat olunacaq - AÇIQLAMA

İsgəndər Həmidov yenidən əməliyyat olunacaq - AÇIQLAMA

Səhhətim də qaydasına düşdüyündən sözsüz olaraq, Azərbaycan Xalq Hərəkatında işlərimizə davam edəcəyik”.

Hurriyyet.org xəbər verir ki, bunu modern.az-a açıqlamasında sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının rəhbəri İsgəndər Həmidov söyləyib. O, özünü yaxşı hiss etdiyini vurğulayıb:

“Rayonlarda iclaslar keçirilib, qurultay nümayəndələri seçilir. Bu işlər tamamlananda qurultayımız baş tutacaq. Gələn ayın ortalarına düşünmüşük. Hələ dəqiq vaxtını həll etməmişik”.

İsgəndər Həmidov səhhətilə bağlı da danışıb:

“Mən Türkiyədə iki əməliyyat keçirdim. Üçüncü əməliyyatım isə qalıb. Onu yazda- mart, ya aprel ayında həyata keçirəcəyik. Orqanizmim zəiflədiyinə görə, həkimlər dedi ki, üçüncü əməliyyata bədən dözməz. Amma əvvəlkinə baxanda özümü çox yaxşı hiss edirəm”.