Salam, xoş gəlmisiniz.

İŞİD terrorçusunu zorladığı qızla üzləşdirdilər, dəhşətli anlar yaşandı - VİDEO

2019-12-02 14:07:13

İŞİD terrorçusunu zorladığı qızla üzləşdirdilər, dəhşətli anlar yaşandı - VİDEO

İraqın Mosul şəhərinin İŞİD terrorçuları tərəfindən işğal edilməsi zamanı əsir düşən yezidi qadın Aşvak Hacı Həmid onu uzun müddət zorlayan terrorçu ilə üzləşib.

Hurriyyet.org Baku.ws-ə istinadən xəbər verir ki, 14 yaşında olarkən onu zorlayan İŞİD-çi ilə üzləşən iraqlı qadın sonda huşunu itirib.

Aşvak Hacı Həmidin İŞİD-çiyə dediyi sözlər zamanı terrorçu başını qaldıra bilməyib: "Mən sənin övladların yaşında idim. Xəyallarımı oğurladın. Niyə bunu mənə etdin? Çünki mən yezidiyəm, doğrudanmı? Sənin bacın var? Hisslərin var? Hörmətin var? Sən mənim həyatımı məhv etdin. Məni istismar edəndə 14 yaşım var idi. Uşaqlarının yaşında idim".

İndependent qəzeti yazır ki, Aşvak Hacı Həmid 2014-cü ildə Mosulda qul bazarında 100 dollara İŞİD terrorçu tərəfindən alınıb. Bundan sonra 10 ay müddətində terrorçunun evində yaşamağa və onun istəklərini yetirməyə məcbur qalıb.

İraqın şimalında yezidilərin qətliamından sonra 2015-ci ildə ailəsi ilə birgə Avropaya sığınan Asvak Hacı Həmid, onu Mosulda əsir saxlayan şəxsi bu dəfə Almaniyada görüb. 2016-cı ildə Schwäbisch Gmünd şəhərində ona təcavüz etmiş şəxsi görən iraqlı qız yenidən öz vətəninə qayıdıb. Bundan sonra hüquq-mühafizə orqanlarına hadisə ilə bağlı məlumat verib və İŞİD-çi saxlanılaraq İraqa ekstradisiya olunub.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru