Salam, xoş gəlmisiniz.

İşləyən analara “dayə pulu” ödəniləcək? - Çoxuşaqlılığa stimul verəcək addım

2019-11-14 17:37:05

İşləyən analara “dayə pulu” ödəniləcək? - Çoxuşaqlılığa stimul verəcək addım

Türkiyədə yenicə ana olmuş qadınlara dövlət tərəfindən dəstək məqsədli 1300 lirə (təxminən 384 manat) dəyərində pul ödəniləcək. Yeni qəbul edilən layihəyə əsasən müavinət uşağın 2 yaşınadək veriləcək. Lakin pul ananın hesabına yox, onun müqavilə imzaladığı sertifikatlı dayəyə çatdırılacaq. Burda əsas məqsəd işləyən qadınların məşğulluğunu təmin etmək və çoxuşaqlılığa stimul verməkdir. 

Ölkəmizdə "uşaq pulu" məsələsi uzun müddətdir ki, müzakirələrə səbəb olur. Bəs Azərbaycanda da xüsusilə işləyən qadınlara qonşu ölkədəki kimi güzəştlər edilə bilərmi?

Bu barədə “Yeni Sabah”a danışan Milli Məclisin deputatı Fazil Mustafa belə bir addımın atılmasına ehtiyac olduğunu bildirib:

“Azərbaycanda uşaqlı qadınların müavinəti yetərincə aşağıdır və bunu qaldırmaq lazımdır. Hazırda qadınlara analıq məzuniyyətlərinə görə, işləməyən qadınların isə cəmi 1-1,6  faizinə müəyyən ödəniş edilir. Xeyli qadın da işsizdir. Ona görə birinci bu problemi həll etmək lazımdır. Ümumiyyətlə, bütün qadınlara uşağa görə ayrıca dövlət dəstəyi verilməlidir. Uşağa baxmağın nə dərəcə ağır olduğunu hamı bilir. Türkiyədəki məbləğ təxminən 200-250 dollardır. Bu məbləğlə qadınlar uşaq baxıcılarına pul ödəməklə iş imkanlarını davam etdirə bilərlər. Mən də bunun tərəfdarıyam. Həmçinin bu dayələrə də xeyir edəcək, onlar işlə təmin olunacaqlar. Bu qanun çoxuşaqlılığı da stimullaşdıra bilər”.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru