Salam, xoş gəlmisiniz.

İsraildə DÖVLƏT ÇEVRİLİŞİ: Baş prokuror Netanyahunu...

2019-11-22 10:10:12

İsraildə DÖVLƏT ÇEVRİLİŞİ: Baş prokuror Netanyahunu...

İsrail Baş naziri Benyamin Netanyahu barəsində 3 müxtəlif məhkəmə dosyesi tərtib edilməsi və ittiham olunmasını dövlət çevrilişi adlandırıb.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, Baş nazir Qərbi Qüdsdəki ofisində məsələ ilə bağlı təşkil etdiyi mətbuat konfransında danışıb.

Haqqında qaldırılan ittihamları təkzib edən Netanyahu bildirib ki, Baş prokuror Aviçay Mandelblit və İsrail polisi vaxtı xüsusilə dəqiqliklə seçib. Haqqında aparılan istintaq araşdırmaları bəzi suallar doğurur və bu da əks tərəfin etibarlılığını zədələyir.

Baş nazir onu istintaqa cəlb edənlərin araşdırılmasını tələb edib.

Qeyd edək ki, Baş prokuror Aviçay Mandelblit Netanyahunu rüşvət, vəzifəsindən sui-istifadə və sənədlərdə saxtakarlıqda ittiham edir.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru