Salam, xoş gəlmisiniz.

Kilsədə biabırçılıq: uşaqlara təcavüz edildi – İndi isə...

2019-12-27 11:05:05

Kilsədə biabırçılıq: uşaqlara təcavüz edildi – İndi isə...

ABŞ-ın Pensilvaniya ştatında katolik kilsələrinin cinsi istismarına məruz qalan 564 nəfərə indiyədək 84 milyon dollar təzminat ödənilib.

“Assoşieyted Press” xəbər verir ki, ştatda fəaliyyət göstərən 8 kilsə məhkəməyə müraciət etməməsi üçün qurbanların hər birinə 148 min dollar verib.

Cinsi istismara məruz qalan şəxslərin məhkəməyə müraciət edəcəyi təqdirdə daha çox təzminat ala biləcəyi, amma stat qanunvericiliyində yalnız 30 yaşına qədər müraciətlərə baxıldığı qeyd edilib.

Zərərçəkənlərdən biri 45 yaşlı David Zernelt məhkəməyə müraciət etmədən ona 400 min dolların verildiyini bildirib. O, qurbanlar üçün qurulan fondun kilsənin işinə yaradığını, bundan özünü qorumaq üçün qalxan kimi istifadə etdiyini bildirib.

Zərərçəkənlərin vəkili Riçard Serbin kilsənin təzminat vasitəsilə məhkəmədən yayındığını deyib.

Pensilvaniyadakı kilsələrdə cinsi zorakılığa məruz qalan şəxslər üçün yaradılan fonda indiyədək 1500 nəfərin müraciət etdiyi açıqlanıb.

Penslivaniya məhkəməsi keçən il 1950-ci illərdən bəri yüzlərlə rahibin 1000-dən çox uşağı cinsi zorakılığa məruz qoyduğunu açıqladıqdan sonra ştatdakı 8 kilsə zəzərçəkənlər üçün təzminat fondu yaradıb.

Pensilvaniyanın baş prokuroru Yoş Şapiro isə ştatdakı kilsələrin cinsi zorakılıq olaylarını Vatikanla birlikdə ört-basdır etdiyini iddia edib./teleqraf.com/

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru