Salam, xoş gəlmisiniz.

Koçaryan əməliyyatdan sonra həbsxanaya qaytarıldı

2019-10-21 13:38:15

Koçaryan əməliyyatdan sonra həbsxanaya qaytarıldı

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan cərrahi əməliyyatdan sonra istintaq təcridxanasına qaytarılıb.

Hurriyyet.org femida.az-a istinadən xəbər verir ki, bu barədə “Sputnik-Armeniya” məlumat yayıb.

"Robert Koçaryan 21 oktyabrda “Kentron” cəzaçəkmə müəssisəsinə qayıdıb. Vəziyyəti normaldır", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, sabiq prezident oktyabrın 9-da cərrahi əməliyyat olunub. Onun xəstəliyi barədə açıqlama verilməsə də, əməliyyatın uğurlu keçdiyi deyilir.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru