Salam, xoş gəlmisiniz.

Komitə sədri Elçin Əlibəylinin döyülməsindən DANIŞDI: "Demirəm ki, o, psixi xəstədir..."

2019-11-22 13:44:15

Komitə sədri Elçin Əlibəylinin döyülməsindən DANIŞDI: "Demirəm ki, o, psixi xəstədir..."

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova keçirdiyi mətbuat konfransında kişilələrin məişət zorakılığına məruz qalması barədə danışıb.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, H.Hüseynova dövlət komitəsinə rəhbərlik etdiyi 14 il ərzində iki dəfə belə müraciətlə üzləşdiyini bildirib: “Birinci dəfə yaşlı bir kişi gəlib dedi ki, məni arvadımdan xilas edin. Kişinin 85, arvadın 82 yaşı var idi. Dedim, ağsaqqal nə məsələdir. Bizim əməkdaşlar, psixoloq onunla söhbət etdi. Sonra həmin kişinin Altsheymer xəstəsi olduğu üzə çıxdı.

İkinci halla təcridxanada olarkən qarşılaşdım. Orada gözəl bir qadın gördüm. Dedilər ki, bu, yoldaşının başını kəsib. Təsəvvür edin, bu nə qədər ağır bir işdir. Məlum oldu ki, qadının əri narkoman idi, içirdi, zorakılıq yox, elə şeylər edib ki, qadın artıq dözməyib və bu cinayəti edib. Onun uşaqları sığınacağa yerləşdirildi”.

H.Hüseynova qeyd edib ki, cəmiyyət bu hadisəyə vaxtında reaksiya verilməli idi: “Ancaq qadınların kişilərə qarşı şiddətə yol verdiyinin intensiv olduğu barədə məlumatlar düzgün deyil”.

H.Hüseynova daha sonra teleaparıcı Elçin Əlibəylinin döyülməsi ilə bağlı suala cavab verib: “Bir çox hallarda belə məsələlər üzə çıxanda məlum olur ki, ciddi psixoloji problemlər var. Müraciət edirlər, sonra məlum olur ki, onun hansısa səbəbə görə səhhətində problem var. Mən demirəm ki, o, psixi xəstədir. Sonra onlar bunu hansısa televiziyada, yaxud sosial şəbəkədə bildirirlər, araşdıranda məlum olur ki, elə də ciddi məsələ deyil. Siz bizi də başa düşün, deyirlər ki, filan məsələ olur, Dövlət Komitəsi reaksiya vermir. Komitə hər bir halda reaksiya verir. Elə bir hal ola bilməz ki, biz reaksiya verməyək, bu, bizim işimizdir. Amma Dövlət Komitəsinin ayrı işləri də var. Başa düşürsüz?! Ona görə də bizi narahat edən məsələlər barədə məlumatları çatdırırıq. Hər hadisə ilə bağlı hər dəfə açıqlama versək, bu, düzgün olmaz. Bunun üçün xüsusi aidiyyəti qurumlar, hüquq-mühafizə orqanları var. Bir çox hallarda cinayət işi açılır, konkret olaraq məlumat yoxdur ki, bu işi törədən kimdir. Bu zaman bizdən tələb edirlər ki, deyin ki, kim günahkardır. Biz bunu deyə bilmərik, çünki hələ araşdırma gedir. Biz bu araşdırmalar bitəndən sonra açıqlama verəcəyik ”.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru