“300 nəfərdən artıq İŞİD üzvü zərərsizləşdirib” - HULUSİ AKAR

“300 nəfərdən artıq İŞİD üzvü zərərsizləşdirib” - HULUSİ AKAR

Hurriyyet.org xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar İstanbul şəhərində keçirilən “TRT World Forum 2019” tədbirindəki çıxışında “200 nəfərə qədər İŞİD terrorçusunun həbs edildiyini, 300 nəfərdən artıq İŞİD terrorçusunun isə zərərsizləşdirildiyini” bildirib.

Hulusi Akarın çıxışının əsas məqamları aşağıdakılardır:

“NATO ilə birlikdə təhdidlərə qarşı savaşda ortaq bir çərçivədə hərəkət eləməliyik”.

“Türkiyə Şimali Kipr Türk Respublikasının təminatçı ölkəsi olaraq, Kiprin hüquqlarını qoruyacaqdır. Bu ölkə Şərqi Aralıq dənizində tək buraxıla bilməz”.

“Uzun müddətdir ki, Türkiyə terrorçuluğa məruz qalıb. PKK əksəriyyət tərəfindən terrorçu qrup kimi tanınmışdır. Lakin YPG məsələsində müttəfiqlərimiz arasında bəzi dilemmalar olduğunu görürük. Müttəfiqlərimiz PKK ilə eyni müstəvidə olan YPG-ni dəstəklədi. YPG bəzi müttəfiqlərimizdən silah alır. Bu silahlar bizə sarı tuşlanır”.

“YPG/PKK kürd qardaşlarımızı təmsil edə bilməz”

Barış bulağı əməliyyatında bizim yeganə hədəfimiz əslində sərhədlərimizi qorumaq, buradakı terror dəhlizini məhv eləməkdir.  2 milyon nəfərdən artıq didərgin salınmış suriyalıların könüllü şəkildə öz yurdlarına dönə bilməsi üçün çalışırıq. Başlanğıcdan bəri siyasi birliyi qorumağa çalışdıq. PKK/YPG kürd və suriyalı qardaşlarımızı təmsil edə bilməz. Son günlərdə 9 aylıq bir körpənin faciəvi şəkildə qətlə yetirildiyinin şahidi olduq”.

“Öhdəliklərə əməl edilsə, Barış bulağı əməliyyatı dayandırılacaq. Əks təqdirdə, biz öz fəaliyyətimizə davam edəcəyik”.

Hurriyyet.org