“35 saatdan sonra verdiyimiz möhlət bitir” - ÇAVUŞOĞLU

“35 saatdan sonra verdiyimiz möhlət bitir” - ÇAVUŞOĞLU

Hurriyyet.org xəbər verir ki, Türkiyənin  xarici işlər naziri Mövlud Çavuşoğlu “TRT World Forum 2019” adlı tədbirdəki çıxışında PKK/PYD terror təşkilatının Suriyanın şimalını tərk eləməsi üçün verilən 120 saatlıq möhlət barəsində deyib: “35 saatımız qaldı, 35 saat ərzində geri çəkilməsələr, əməliyyat yenidən başlanacaq”.

Çavuşoğlu Barış bulağı əməliyyatı ilə bağlı yayılan yalan xəbərləri də tənqid edib: “Tariximizdə əsla kimyəvi silahdan istifadə eləmədik, belə silah heç cəbbəxanamızda yoxdur”.

Çavuşoğlu 360 min nəfərdən artıq suriyalının Türkiyənin terrordan təmizlədiyi iki bölgəyə döndüyünü bildirib.

Nazir deyib: “Biz ABŞ ilə birlikdə təhlükəsiz bölgə yaratmaq üçün çalışdığımız bir vaxtda ABŞ YPG-ni silahla təmin eləməyə davam elədi. Müttəfiqlərimizin dəstəyini görmədiyimiz üçün artıq bu əməliyyatı aparmaq məcburiyyətində qaldıq”.

Çavişoğlu əməliyyatda yalnız terrorçuların hədəfə alındığını, bunun kürd-türk münaqişəsi adlandırılmasının çox səhv bir ifadə olduğunu söyləyərək əlavə edib: “Kürdlər bizim düşmənimiz deyil. Kürdlərə qarşı deyilik. Şimali İraq ilə çox yaxşı münasibətimiz var və hazırda Türkiyədə 350 min suriyalı kürd qaçqını qonaq edirik” .

Hurriyyet.org