Salam, xoş gəlmisiniz.

“ABŞ bizə kompensasiya ödəməlidir” - “BMT-ni quldur qruplaşmalar idarə edir”

2019-11-15 13:33:52

“ABŞ bizə kompensasiya ödəməlidir” - “BMT-ni quldur qruplaşmalar idarə edir”

“Biz indi meşəyə bənzəyən dünyada yaşayırıq”

Hurriyyet.org xəbər verir ki, Suriya Ərəb Respublikasının prezidenti Bəşər Əsəd Rusiya mətbuatına (“RİA Novosti” informasiya agentliyinə və “Rossiya 24” telekanalına) müsahibəsində Suriyanın BMT-də Suriya neftinin talan edilməsi və bununla əlaqədar ABŞ-dan kompensasiya tələb edilməsi məsələsini qaldıracağını bildirib.

Üstəlik, Bəşər Əsəd BMT-ni “güc prinsipi ilə hərəkət edən bandit qruplaşmalar tərəfindən idarə olunan “yarımdövlət” adlandırıb.

Əsəd deyib: “Əlbəttə, mən də, sizlərin əksəriyyəti də bilirik ki, BMT yoxdur, çünki beynəlxalq hüquq yoxdur. Biz indi meşəyə bənzəyən dünyada yaşayırıq, bu, daha çox İkinci dünya müharibəsindən sonrakı yox, ondan əvvəlki dövrə bənzəyir. Ona görə də biz şikayətlərimizi etsək də, bu şikayətlər elə rəflərdə qalır”.

Hurriyyet.org


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru