“ABŞ-ın dəstəklədiyi təşkilatın hədəfi Türkiyəni parçalamaqdır” - AMERİKALI EKSPERT

“ABŞ-ın dəstəklədiyi təşkilatın hədəfi Türkiyəni parçalamaqdır” - AMERİKALI EKSPERT

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın  Milli Təhlükəsizlik Şurasının keçmiş direktoru, ABŞ Müdafiə Nazirliyinin keçmiş əməkdaşı Maykl Doran  “FOX Businnes” kanalındakı verilişlərin birində YPG/PKK terror təşkilatı ilə bağlı açıqlamasında deyib: “ABŞ-ın dəstəklədiyi bu təşkilatın məqsədi Türkiyə Respublikasını parçalamaqdır”. YPG ilə PKK-nın eyni təşkilat olduğunu vurğulayan Doran deyib: “Onları heç tanımdan onlarla katolik nigahı ilə “evləndik”.

Türkiyənin cənub sərhədində yaradılması planlaşdırılan terror dəhlizini məhv eləmək üçün başladılan Barış bulağı əməliyyatına qarşı çıxanlara cavab olaraq çıxış edən Doran YPG-nin PKK terror təşkilatının Suriyadakı şaxəsi olduğunu və hər iki təşkilatın hədəfinin eyni olduğunu bildirib: “PKK ayrı bir dövlət qurmaq və Türkiyə Respublikasını parçalamaq istəyən bir terror təşkilatıdır. Türkiyədəki kürdlər içərisində kiçik bir azlığı təmsil edir. 2040-cı ildə Türkiyədə əhalinin  üçdən biri kürd mənşəli vətəndaşlarından ibarət olacaqdır”.

ABŞ PKK-nı terror təşkilatı kimi tanıyır

Doran deyib: “PKK ilə adını dəyişmiş YPG-nin eyni bir şey olduğunu çox yaxşı bilirik. İŞİD-i yox eləmək üçün onlarla müttəfiq olduq. ABŞ-da da PKK terror təşkilatı kimi tanınır. Xarici İşlər Nazirliyinin terror siyahısındadırlar”.

“Dövlət qurmaq üçün bizim gücümüzdən istifadə edirdilər”

YPG/PKK-nın İŞİD ilə mübarizə üçün ABŞ ilə müttəfiq olduğundan bəhs edən Doran söyləyib: “Bunu bizim üçün yox, özləri üçün etdilər. Türkiyə sərhədindən muxtar bir kürd dövləti yaratmaq üçün bizim gücümüzdən istifadə edirlər. Onların siyasi hədəfi budur. Biz isə son dərəcədə dar görünüşlü strategiyamız ilə buna göz yummağı üstün tutduq. Bu strateji xəta qaçılmaz şəkildə Türkiyəni bizdən uzaqlaşdıracaqdı. Təkcə prezident Ərdoğanı yox, bütövlükdə Türkiyəni uzaqlaşdıracaqdı”.

Hurriyyet.org