Salam, xoş gəlmisiniz.

“Afaq Bəşirqızı mədəniyyət naziri olsun” - Aktyordan gözlənilməz açıqlama

2019-12-04 18:15:33

“Afaq Bəşirqızı mədəniyyət naziri olsun” - Aktyordan gözlənilməz açıqlama

Aktyor Müşfiq Şahverdiyev Xalq artisti Afaq Bəşirqızının millət vəkili olması barədə sosial şəbəkədə başladılan kampaniyadan danışıb. 

Hurriyyet.org xəbər verir ki, musavat.com-a açıqlama verən aktyor xalq artistini Mədəniyyət naziri kürsüsündə görmək istədiyini etiraf edib: "Afaq xanım hər zaman mənə dəstək olub, haqqımda yaxşı fikirlər deyib. Afaq xanıma  hörmət edirəm, görəndə əlindən öpürəm. Mədəniyyət xadimləri arasında o insanlardandır ki, öz sözünü deməyi bacarır, haqqı itirmir. Bizim sahədən kimsə seçkiyə qatılacaqsa, onlar içərisində ən idealı Afaq xanımdır. Şəxsən mən Afaq xanımın oğlu, yaxını kimi ona dəstəyəm. O millət vəkili olmağa layiqdir. Həmin günü bayram edərəm. Kaş, Afaq xanım Mədəniyyət naziri seçilsin”.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93