Salam, xoş gəlmisiniz.

“Azərbaycan hərbi əməliyyatlara başlamaq üçün ciddi arqumentlər əldə edib...” - DAVİD ŞAHNAZARYAN

2019-11-15 14:21:12

“Azərbaycan hərbi əməliyyatlara başlamaq üçün ciddi arqumentlər əldə edib...” - DAVİD ŞAHNAZARYAN

Ermənistan hakimiyyətinin ziddiyətli bəyanatları Qarabağa dair danışıqlar prosesini dalana dirəyib.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, belə bəyanatla Ermənistan keçmiş milli təhlükəsizlik naziri David Şahnazaryan çıxış edib. Onun sözlərinə görə, məsələn, Bakı deyir ki, danışıqlar hansısa sənəd üzərində aparılır, Yerevan isə belə sənədin olmadığını deyir.

 

“Bu gün Azərbaycan və beynəlxalq ictimaiyyət eyni mövqedən çıxış edir, Ermənistan isə başqa mövqedən, Rusiya xarici işlər naziri Sergey Lavrov da bu haqda artıq iki dəfə danışıb”,-Şahnazaryan bildirib.

Paşinyanın Qarabağa dair mövqeyini və ziddiyətli bəyanatlarını tez-tez kəskin tənqid edən, habelə onun Qarabağı Azərbaycana qaytarmağa yönəlmiş gizli planının olduğunu deyən Şahnazaryan deyir ki, belə vəziyyət Ermənistan üçün çox ciddi təhdiddir.

“Və Azərbaycan artıq gələcək hərbi əməliyyatlara haqq qazandırmaq üçün ciddi arqumentlər əldə edib. Bütün bunlar ona gətirib çıxara bilər ki, hansısa beynəlxalq tədbirdə danışıqlar masasında bizim üçün qəbuledilməz sənəd qoyula bilər. Bu sənədə biz maksimum veto qoya və “Lissabon 2” əldə edə bilərik. İstisna deyil ki, belə cəhd tezliklə Bratislavada (ATƏT xarici işlər nazirlərinin görüşündə,-red.) ediləcək”,-o qeyd edib.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru