Salam, xoş gəlmisiniz.

“Bakıda erməni kilsəsi dövlət tərəfindən mühafizə olunur” – Mübariz Qurbanlı

2019-11-14 18:34:08

“Bakıda erməni kilsəsi dövlət tərəfindən mühafizə olunur” – Mübariz Qurbanlı

“Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar təşkil etsə də, digər dini konfessiyalar da azad və sərbəst şəkildə fəaliyyət göstərirlər”.

Hurriyyet.org-un apa-ya istinadən xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Dünya dini liderlərinin II Bakı Sammiti çərçivəsində keçirilən plenar iclasda deyib.

O bildirib ki, Azərbaycanda məscidlərlə bərabər, kilsə və sinaqoqların da tikintisi və təmirinə xüsusi önəm verilir.

M. Qurbanlı qeyd edib ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinə baxmayaraq, ölkədə yaşayan ermənilərə qarşı heç vaxt ayrı-seçkilik edilməyib: “Ermənilər tarixi Azərbaycan torpaqlarında toponimləri dəyişmək və oradakı dini abidələri özününküləşdirmək siyasəti həyata keçirsələr də, Bakının mərkəzində yerləşən erməni kilsəsi Azərbaycan dövləti tərəfindən mühafizə olunur”.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru