“Başqasının ümidinə qalmaqdansa, gedin...” – Şəhriyar “Qarabağ”dan yazdı

“Başqasının ümidinə qalmaqdansa, gedin...” – Şəhriyar “Qarabağ”dan yazdı

Avropa Liqasındakı yeganə təmsilçimiz “Qarabağ”ın səfərdə APOEL-ə uduzaraq (2:1) 1/16 finala adlamaq şansını azaltması sosial şəbəkələrdə geniş müzakirə olunub.

Hurriyyet.org “Yeni Sabah”a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin uduzmasına şahmatçımız Şəhriyar Məmmədyarov da şərh verib. O, idman jurnalisti Sənan Şəfizadənin “Bizi Düdelanj xilas edə bilər” statusuna rəy yazıb. Qrossmeyster artıq “Qarabağ” üçün buillik Avroliqanın bitdiyini qeyd edib:

“Sənan, özün də bilirsən ki, əsl idmançı gərək özü-özünü xilas etsin. Başqasının ümidinə qalmaqdansa, 1 saat kitab oxumaq daha faydalıdır. İdmandır, hər şey olur, amma gərək anlayaq ki, hər şey bitdi!”