Salam, xoş gəlmisiniz.

“Bunun əziyyətini vətəndaşlar çəkməməlidir” - Deputatdan istilik qalmaqalına ETİRAZ

2019-11-18 14:15:11

“Bunun əziyyətini vətəndaşlar çəkməməlidir” - Deputatdan istilik qalmaqalına ETİRAZ

Noyabrın 18-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclası keçirilib. İclasda 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunub.

Hurriyyet.org xəbər ki, bu barədə modern.az-a danışan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, iclasda bir neçə vacib məsələ müzakirə edilib.

Deputat qeyd edib ki, noyabrın 15-də ölkə ərazisində, xüsusilə paytaxtda istilik verilişində yaranan problem də əsas müzakirə mövzularından olub:

“Cənab Prezidentin də hər çıxışında bildirdiyi kimi əhalinin sosial təminatı bizim üçün əsas prioritetlərdəndir. Soyuq havalarda istilik verilişində problem yaranması çox ciddi məsələdir. İki dövlət qurumunun borc məsələsinə görə, əhali əziyyət çəkməməlidir. Mən bu gün parlamentin 3 komitəsinin birgə iclasında da bu məsələni qaldırdım. Artıq bir neçə ildir “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti ilə “Azəriqaz” İstehsalat Birliyi arasında borc qalmaqalı yaşanır. Keçən il də, iniş il də Baş Nazir Artur Rəsizadədən xahiş etdik, o işə qarışandan sonra istilik verildi”.

V.Əhmədov iclasda Maliyyə nazirindən xahiş edib ki, məsələ hansısa şəkildə həll olunsun:

“Bunun əziyyətini vətəndaşlar çəkməməlidir. Əhaliyə bildirsinlər ki, borc həll edilib və bunun vətəndaşlara hər hansı təsirləri olmayacaq. Mən ümid edirəm ki, problem öz həllini tapacaq. Çünki cənab Prezidentin də verdiyi tapşırıqlar məhz bu istiqamətdədir ki, əhali əziyyət çəkməsin”.

Qeyd edək ki, iclasda mətbuat nümayəndələri iştirak etmir.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru