Salam, xoş gəlmisiniz.

“Əgər Qarabağ Ermənistandırsa...” - “Daşnaksutyun” Paşinyanı tənqid etdi

2019-12-12 00:41:46

“Əgər Qarabağ Ermənistandırsa...” - “Daşnaksutyun” Paşinyanı tənqid etdi

Ermənistanın "Daşnaksutyun" İnqilab Federasiyasının "Ay dat" Yerevan ofisinin rəhbəri Kiro Manoyan keçirdiyi mətbuat konfransında Paşinyan hökumətini sərt tənqid edib.

Ermənistan mətbuatında K.Manoyanın Qarabağ danışıqlarının dalana dirənməsində hazırkı hökumətin günahkar olduğuna dair fikirləri dərc edilib.

K.Manoyan deyib ki, Paşinyan hökuməti Qarabağ münaqişəsilə bağlı prosesdə ardıcıl siyasət aparmır və əvvəlki hakimiyyətin səhvlərini təkrarlayır. O, hesab edir ki, hökumət qondarma DQR-in müstəqilliyini rəsmən tanımalı və onunla hərbi-siyasi ittifaq bağlamalıdır.

Manoyan bildirib ki, baş nazir Nikol Paşinyanın ziddiyyətli bəyanatları danışıqlar prosesində Ermənistanı çətin vəziyyətə salır.

Onun fikrincə, “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı ilə qondarma DQR-in danışıqlarda iştirakının tələb edilməsi bir-birilə ziddiyyət təşkil edir: “Sual olunur; əgər Qarabağ Ermənistandırsa, bu halda Stepanakertin danışıqlarda hansı iştirakından söhbət gedə bilər? Eynilə də İrəvanla Stepanakertin münaqişənin nizamlanmasındakı mövqeyinin eyni olmasına dair bəyanat…” 

Onun fikrincə, əgər İrəvanla qondarma rejimin mövqeləri eynidirsə, bu halda da Xankəndinin danışıqlarda iştirakının vacibliyindən danışmağın mənası qalmır.

“Daşnaksutyun” təmsilçisi bildirib ki, vəziyyətdən çıxış yolu kimi Ermənistan bütün xarici təzyiqlərə baxmayaraq, qondarma rejimin təhlükəsizliyinin təminatçısı olduğunu rəsmi qaydada təsdiqləməlidir. \\AzPolitika.info

 

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru