Salam, xoş gəlmisiniz.

“Əhalisinin çoxu siyahıya alınmayan ölkənin şanlı jurnalistləri nədən yazıblar?”- QUBAD İBADOĞLU SUAL EDİR

2019-11-14 11:30:02

“Əhalisinin çoxu siyahıya alınmayan ölkənin şanlı jurnalistləri nədən yazıblar?”- QUBAD İBADOĞLU SUAL EDİR

“Dövlət Statistika Komitəsi KİV-ə dəstək fondu ilə birlikdə "Əhalinin siyahıyaalınması: dayanıqlı inkişaf üçün mühüm informasiya mənbəyi” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərini mükafatlandırıb”.  Hurriyyet.org xəbər verir ki, bu barədə Azərbaycan Demokratiya və Rifah Hərəkatının rəhbəri, iqtisadçı alim Qubad İbadoğlu deyib.

“23.2 milyon manatdan jurnalistlərə 5900 manat xərcləyib, onları mükafatlandırmaqla, bu işi də belə bağlayıblar”

“Verilən məlumata görə, fərdi jurnalist yazıları müsabiqəsinə 18 KİV-dən 28 yazı daxil olub, 6 nəfər əsas, 10 nəfər həvəsləndirici mükafata layiq görülüb. I yer üçün 1 nəfər olmaqla 1000, II yer üçün 2 nəfər olmaqla 700 manat, III yer üçün 3 nəfər olmaqla 500 manat mükafat alıb. 10 nəfər jurnalistin hər biri 200 manat məbləğində həvəsləndirici mükafatlara layiq görülüb. Göründüyü kimi müsabiqəyə təqdim olunmuş 28 yazıdan 16-ı mükafatlandırılıb.

Utanmasan oynamağa nə var ki. Görəsən, əhalisinin çoxu siyahıya alınmayan ölkənin şanlı jurnalistləri nədən yazıblar? Əsas odur ki, dövlət büdcəsindən ayrılmış 23.2 milyon manatdan jurnalistlərə 5900 manat xərcləyib, onları mükafatlandırmaqla, bu işi də belə bağlayıblar”,-deyə iqtisadçı vurğulayıb.

 Şamo EMİN, Hurriyyet.org


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru