Salam, xoş gəlmisiniz.

“ELDAR MAHMUDOV HEÇ BİR QƏRARI SAYMIR…” – Sabiq MTN şefi öz atasının adını daşıyan liseyin tikintisinə də “haram qatıb”

2019-11-04 11:28:15

“ELDAR MAHMUDOV HEÇ BİR QƏRARI SAYMIR…” – Sabiq MTN şefi öz atasının adını daşıyan liseyin tikintisinə də “haram qatıb”

2015-ci ildə vəzifəsindən azad edilən sabiq MTN naziri Eldar Mahmudovun törətdiyi haqsızlıqların, qansızlıqların səs-sədası hələ də kəsilmir.

Bakı şəhəri İ.Qutqaşenli küçəsi ev 62 ünvanında yaşayan iş adamı Hicran Kamil oğlu Seyidovun ölkə başçısına ünvanladığı və bir nüsxəsi də “AzPolitika.info”ya daxil olan müraciətindən belə aydın olur ki, sabiq MTN şefi öz atasının adını daşıyan Şərur Türk Liseyinin tikintisində belə qanunsuzluğa, haqsızlığa və fırıldağa yol verib.

Şikayətçi bildirir ki, 2007-ci ildə E.Mahmudov şəxsən tanıdığı üçün ona və qardaşı Elşad Seyidova Şərur Türk Liseyinin tikintisini həvalə edib: “Biz Eldar Mahmudovu əvvəlcədən tanıdığımıza, onun ölkənin milli təhlükəsizliyini qoruyan şəxs olduğuna və ən əsası da tikilən məktəbin atasının adını daşıdığına görə ona etibar edərək, heç nə tələb etmədən işə başladıq. Tikinti işləri gedən dövrdə toplam 430 min manat olmaqla, ara-sıra bizə pul verdilər. Lakin tikinti qurtarana yaxın gördük ki, tikintiyə çəkdiyimiz xərclərlə əlaqədar kənar şəxslərə xeyli miqdarda borcumuz yığılıb. Lakin bizə pul verilmir.”

eldar mah

H.Seyidovun bildirdiyinə görə, artıq işin yekunlaşmasına az qalanda Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudov, Zeynalabdin Mahmudov və Nizaməddin adlı adamları onlardan işi dayandırmağı və ərazini tərk etmələrini tələb edib: “Bizə dedilər ki, sizdən şikayət var. İnşaatı tərk edin və nə qədər xərc çəkildiyini bizə deyin. Biz 2 milyon manat xərc çəkildiyini deyəndə bildirdilər ki, onların mütəxəssisləri çəkilən xərci 1 milyon 200 min manat hesablayıblar.”

a95f26bcf8bf

Şikayətçi deyir ki, E.Mahmudovun adamları onların çəkdikləri xərci kiçiltmələri bir tərəfə, heç özlərinin hesabladıqları məbləği də onlara ödəməyiblər: “Bundan sonra özlərinin hesabladıqları pulu da bizə vermədilər. Bizi canımızla, uşaqlarımızla təhdid etdilər. Məcbur qalıb olan mülklərimizi sataraq, borclarımızı ödəməyə başladıq. Amma borc bu günə qədər qurtarmayıb. Bu olanlara indiki DTX rəisi Əli Nağıyev də Allah şahididir.”

H.Seyidov 2015-ci ildə E.Mahmudov işindən azad olunandan sonra Baş Prokurorluğa müraciət etdiklərini yazır: “İstintaq aparılandan sonra qardaşım Elşad Seyidovun zərərçəkmiş kimi tanınmasına dair qərar verildi. E.Mahmudov özü də istintaqa ifadəsində bizə borclu olduğunu etiraf edib, lakin heç bir qərarı saymır.”

İş adamı bildirir ki, qanuni tələblərinə baxmayaraq, sabiq nazir heç bir qərarla hesablaşmır və onlara vurduğu ziyanı ödəmək fikrində deyil. Buna görə də ölkə başçısına üz tutan H.Seyidov Prezidentdən özünün qanunla nəzərdə tutulan hüquqlarının bərpasına və onlara vurulan ziyanın ödənilməsinə yardım etməsini xahiş edir.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru