Salam, xoş gəlmisiniz.

“Ermənistan ərəb ölkələri ilə fəal siyasət aparır” - POLİTOLOQ

2019-12-12 11:45:11

“Ermənistan ərəb ölkələri ilə fəal siyasət aparır” - POLİTOLOQ

“Ərəb investorlarını Ermənistana cəlb edirlər”

“İordaniya kralının Azərbaycana rəsmi səfəri iki ölkə arasında əlaqələrin inkişafına xidmət etməklə yanaşı, ölkəmizin ərəb ölkələri ilə əmədaşlığında mühüm rol oynayır. Ancaq Ermənistan son illər ərzində ərəb ölkələri ilə əməkdaşlığı genişləndirmək siyasətini həyata keçirir. Məhz bu siyasət Azərbaycana qarşı yönəlib. Hurriyyet.org xəbər verir ki, bu barədə  Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə deyib.

“İordaniya kralı Ermənistana səfər edərək baş nazir Nikol Paşinyanla görüşüb. Ermənistan baş naziri Nikol Paşinyan ərəb ölkələrinin liderləri ilə görüşündə Qarabağ münaqişəsinə toxunaraq bunun dini münaqişə olmadığını xüsusi qeyd etməklə, ərəb ölkələrinin Ermənistana siyasi mövqelərinin dəyişməsinə çalışır”,-deyə politoloq əlavə edib.

“İşğal olunmuş ərazilərin turizm stendləri ərəb ölkələrində nümayiş etdirilərək turistlər cəlb edilir”

M.Əsədullazadə nəzərə çatdırıb ki, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın işğal olunmuş ərazilərində müsəlman abidələrinin Ermənistan tərəfindən dağıdılması daima qeyd edilir və ərəb ölkələrinin işğalçı Ermənistana qarşı qətnaməyə səsverməsinə nail oluruq: “Ancaq Nikol Paşinyan çalışır ki, Azərbaycanın bu istiqamətdə cəbhəsini yarsın və ərəb ölkələrinin Ermənistanla siyasətində müsbət dəyişikliyə nail olsun. Qətərlə, İordaniya və BƏƏ əməkdaşlığını genişləndirən Ermənistan Azərbaycana qarşı anti-təbliğat siyasətini həyata keçirir, ərəb iş adamları Qarabağda tikinti sektoruna cəlb edilir. Artıq Ermənistan ərəb ölkələri ilə fəal siyasət aparır, ərəb investorlarını Ermənistana cəlb edirlər. Bundan əlavə, işğal olunmuş ərazilərin turizm stendləri ərəb ölkələrində nümayiş etdirilərək turistlər cəlb edilir”.

Əsədullazadə hesab edir ki, Ermənistanın ərəb dünyasına açılımı Azərbaycanın indiyə qədər ərəb ölkələrindən aldğı dəstəyi zəiflədə bilər: “Rəsmi Bakı körfəz ölkələri ilə sıx əməkdaşlığı artırmalı, İordaniya, Səudiyyə Ərəbistanı, Misirlə əməkdaşlığını yeni mərhələyə gətirməlidir.

“Xarici İşlər nazirliyi bu istiqamətdə siyasətində fəallıq göstərməlidir”

 “İordaniya kralı ikinci Abdullah prezident İlham Əliyevlə şəxsi dostluq əlaqələrinə malikdir. Bu dostluq iki dövlət arasında Ermənistanın avantürasına imkan verməyəcək. Hətta rəsmi Bakı Ərəb ölkələri ilə iki və üç tərəfli siyasi-iqtisadi əməkdaşlıq formatı yaradılması istiqamətində işə başlamalıdr. Xarici İşlər nazirliyi bu istiqamətdə siyasətində fəallıq göstərməlidir”,-deyə politoloq vurğulayıb.

Şamo EMİN, Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93