Salam, xoş gəlmisiniz.

“Ermənistandan gələn də, ora gedən də qələt eləyir” - AQİL ABBAS

2019-11-19 15:15:05

“Ermənistandan gələn də, ora gedən də qələt eləyir” - AQİL ABBAS

Son bir neçə gündür ki, Ermənistan jurnalistlərinin Azərbaycana, həmçinin azərbaycanlı jurnalistlərin Ermənistana səfər etdikləri barədə məlumat yayılıb. Doğrudur, hələlik rəsmilər bu məlumatı təsdiqləməsə də, məsələ ətrafında müzakirələr səngimir. 

Mövzu ilə bağlı musavat.com-a danışan millət vəkili Aqil Abbas bu cür səfərlərin tərəfdarı olmadığını deyib: “Doğrusu dəqiq məlumatım yoxdur, gəliblər, ya yox. Müharibə hələ bitməyib, jurnalistlər gəlib nə edəcək? Guya ki, gəlib yazacaqlar ki, Azərbaycan tolerant ölkədir, qonaqpərvərdir? Yaxud gedib dərd çəkəcəklər ki, “Qarabağı Azərbaycana geri qaytaraq?” Gəlib elə şeylər yazacaqlar ki, günahlarından betər olacaq. Necə ki, Lapşin gəlib-getdi, sonra daha pis münasibət bildirdi. Ona görə də bu, mənim fikrimdir, qələt edir gələn də, gedən də...”


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru