“Heç bir sahə, eləcə də tibb sahəsi arzulanan səviyyədə deyil” – Baş neonatoloq

“Heç bir sahə, eləcə də tibb sahəsi arzulanan səviyyədə deyil” – Baş neonatoloq

“Azərbaycanda ana südü ilə bağlı UNİCEF və Səhiyyə Nazirliyinin Neonatoloji Xidmətin Təkmilləşdirilməsi üzrə Xüsusi Komissiyası tərəfindən böyük bir proqram hazırlanır”.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Komissiyanın sədri, baş neonatoloq Rüstəm Hüseynov bildirib. Onun sözlərinə görə, anaların bu sahədə bilikləri kifayət qədər deyil, amma tibb işçiləri tərəfindən ana südünün dəstəklənməsi ilə bağlı təbliğat aparılır. Baş neonatoloq Azərbaycan xəstəxanalarında ana südünün verilməməsi ilə bağlı deyilən fikirlərə də münasibət bildirib: “Ana südü ilə bağlı yanlış fikirlər var. Mediada bu məsələ şişirdilib. Bu, Azərbaycanda tək-tək hallarda baş verir. Heç bir sahə, eləcə də tibb sahəsi arzulanan səviyyədə deyil. Elə olmasaydı, dünyada problem qalmazdı. Azərbaycanda bütün tibb bacıları, doğum müəssisələri bu cür işləyir demək düzgün deyil. Mən öz xəstələrimə övladlarını ana südü ilə qidalandırmağı tövsiyə edirəm. Uşaqlara iki il ana südü verilməlidir”.

R.Hüseynov ana südü vasitəsilə uşağa hər hansı xəstəliyin keçməsi məsələsinə də münasibət bildirib: “Ananın hansısa ağır dərmanlardan istifadə etməsini nəzərə almasaq, heç bir infeksiya ana südü ilə uşağa keçə bilməz”.