“Hələlik Rusiya – ABŞ dialoqunda inkişaf müşahidə edilmir” – Lavrov

“Hələlik Rusiya – ABŞ dialoqunda inkişaf müşahidə edilmir” – Lavrov

Hələlik Rusiya və ABŞ arasında aparılan strateji sabitliklə bağlı dialoqda inkişaf müşahidə edilmir.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov “Rossiya 24” telekanalına müsahibəsində bildirib.

“Amerikalı tərəfdaşlarımızla bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan təşəbbüslərimizdə çatışmazlıq yoxdur. Lakin hələlik bu təşəbbüslərə reaksiya ümidverici deyil”, – deyə Rusiya XİN başçısı vurğulayıb.

S. Lavrov Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampla görüşdə işgüzar şuranın yaradılmasını təklif etdiyini, lakin hələlik bu təklifə cavab verilmədiyini qeyd edib.