Salam, xoş gəlmisiniz.

“İlham Həsən həbs olunmayıb” – Qardaşından açıqlama 

2019-11-14 14:48:29

“İlham Həsən həbs olunmayıb” – Qardaşından açıqlama 

"İlham Həsən həbs olunmayıb, evindədir".

Bunu Musavat TV-nin canlı efirinə telefon vasitəsilə qatılan Kamil Həsənov (adı mühacir alverində hallanan və Almaniya polisi tərəfindən saxlanıldığı deyilən İlham Həsənin qardaşı) bildirib.

O deyib ki, qardaşı haqqında irəli sürülən iddialar həqiqətə uyğun deyil.

Xatırladaq ki, dünən gecə yayılan məlumata görə, Almaniya polisi mühacir alveriylə məşğul olmaqda, saxta sənədlər hazırlamaqda itiham olunan bir qrup həmvətənimizi həbs edib. Onların arasında 1992-93-cü illərdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı olmuş, 25 ildən artıqdır Almaniyada yaşayan İlham Həsənin də adı vardı.

Qeyd edək ki, hazırda İ.Həsənin mobil telefonuna zəng çatmır. Qardaşı musavat.com-a deyib ki, İlham Həsən telefonunu itirib. 

Əlaqə yaranan kimi ondan daha geniş informasiya almağa, mümkün olarsa, Skayp proqramı üzərindən Musavat.TV-nin canlı yayımına çıxarmağa çalışacağıq.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru