Salam, xoş gəlmisiniz.

“Kukla oynadanlarla üzülüşdülər...” – Azərbaycanlı milyarder islahatları dəstəklədi 

2019-12-10 15:10:12

“Kukla oynadanlarla üzülüşdülər...” – Azərbaycanlı milyarder islahatları dəstəklədi 

Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədov Azərbaycanda parlament seçkiləri və müxalifətin faydaları ilə bağlı geniş yazı yazıb. 

Hurriyyet.org yenisabah.az-a istinadən xəbər verir ki, Fərhad Əhmədovun bu yazısına iş adamı Mübariz Mənsimov, Azərbaycanın Rusiyada səfiri olmuş Hikmət Hacızadə və hüquqşünas Fərhad Mehdiyev kimi tanınmış ictimai-siyasi şəxslər münasibət bildirib və maraqla qarşılanıb.

Fərhad Əhmədov yazısında növbədənkənar parlament seçkilərini dəstəklədiyini bildirib. Milyarder bildirir ki, Milli Məclisin indiki tərkibində qruplaşmalar, təsadüfi şəxslər və islahatlara dözümsüz yanaşanlar var idi. 

“Orada “Boz kardinal”ların və müxtəlif hakimiyyət dairələrinin “cib deputatları” var idi. Buna görə başa düşürəm ki, belə bir heyət ilə yüksəkdən uçmaq sadəcə təhlükəlidir. Deputat korpusunun keyfiyyətli yenilənməsinə ehtiyacımız var. Artıq kukla oynadanlarla üzülüşdülər”, - deyə Fərhad Əhmədov yazısında qeyd edib.

Milyarder həmçinin ümid etdiyini bildirib ki, proses nəticəsində əsl konstruktiv müxalifət meydana çıxacaq. 

Fərhad Əhmədovun fikrincə, müxalifətdən ehtiyat etmək lazım deyil. “Açıq desək, biz hələ də Stalinin, onun tərəfdarlarının və təqibçilərinin terminologiyası və yanaşmalarından azad deyilik. Buna görə, bir çoxları üçün və indi bizim üçün "müxalifət" sözü təhqiramiz olmasa da, şübhəlidir”, – deyə milyarder əlavə edib.

Fərhad Əhmədovun fikrincə, konstruktiv müxalifətin mövcudluğu cəmiyyətin və dövlətin yetkinliyinin əsas göstəricilərindən biridir. “Bundan əlavə, alternativin olması cəmiyyətin və dövlətin islahat,  modernləşmə prosesini təşkil edən və durğunluğa sürüşməsinin qarşısını alan zəruri elementlərdən biridir”, - deyə o vurğulayıb. 

Fərhad Əhmədov qeyd edir ki, əks seçim bütün müxalifətin sıxışdırldığı totalitarizmdir və nəticədə hakimiyyət dəyişikliyi yalnız inqilab, işğal, çevriliş, üsyan və ya liderin ölümü ilə mümkündür.

“Hakimiyyət və müxalifətin qarşılıqlı əlaqəsi üçün bu seçimlər arasında çox sayda keçid modelləri mövcuddur. Daha demokratikdən daha avtoritarlığa. Üstəlik, iqtidarla müxalifətin qarşılıqlı əlaqəsinin xarakteri ilk növbədə demokratiyanın dərəcəsi ilə deyil, aralarındakı güc balansından asılıdır”, - deyə Fərhad Əhmədov əlavə edib.

Milyarder hesab edir ki, konskttukriv müxalifətin meydana çıxmasının əngəllənməsi daha təhlükəli etirazçı qurupa – dini-siyasi müxalifətə yol aça bilər. Bu isə həm cəmiyyət həm də dövlət üçün təhlükəlidir.

Beləliklə, Fərhad Əhmədov faktiki olaraq Azərbaycanın demokratikləşməsi üçün yol xəritəsi təklif edib.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru