Salam, xoş gəlmisiniz.

““Ağ Dəbilqəlilər”in yaradıcısını da, ben Ladeni də, Bağdadini də MKİ öldürüb” - BƏŞƏR ƏSƏDDƏN ŞOK AÇIQLAMA

2019-11-14 18:58:27

““Ağ Dəbilqəlilər”in yaradıcısını da, ben Ladeni də, Bağdadini də MKİ öldürüb” - BƏŞƏR ƏSƏDDƏN ŞOK AÇIQLAMA

“Onlar öz rollarını həyata keçirdikdən sonra ağır yükə çevrilmişdilər”

Hurriyyet.org xəbər verir ki, Suriya Ərəb Respublikasının prezidenti Bəşər Əsəd Rusiyanın “RİA Novosti” informasiya agentliyi və “Rossiya 24” televiziya kanalına müsahibəsində Suriyada fəaliyyət göstərmiş “Ağ Beretlilər” təşkilatının yaradıcısı Ceyms Le Mezurye ilə İŞİD təşkilatının başçısı Əbu Bəkr əl Bağdadinin ölümü arasında paralellər aparıb. Əsəd deyib: “Biz də, siz də, bilirik ki, onlar (“Ağ Beretlilər” – red.) təbii ki, “Əl-Qaidə” təşkilatının bir parçasıdırlar. Mən hesab edirəm ki, bu adamların hamısının – həmçinin, əvvəllər məhv edilmiş ben Laden və əl Bağdadinin öldürülməsinin əsas səbəbi – onların mühüm sirləri bilməsidir. Onlar öz rollarını həyata keçirdikdən sonra ağır yükə çevrilmişdilər. Onlardan hökmən yaxa qurtarmaq zərurəti yaranmışdı”.

Bəşər Əsədin sözlərinə görə, Ceyms Le Mezuryenin öz əcəli ilə ölməsinə və ya intihar eləməsinə inanmaq mümkün deyil: onu MKİ (ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi) başda olmaqla, Qərbin xüsusi xidmət orqanları öldürüblər ki, “onunla birlikdə həqiqət də ölsün”.

Əsəd deyib: “Əlbəttə ki, bu, xüsusi xidmət orqanlarının işidir. Lakin hansı xüsusi xidmətin? Biz bütövlükdə Qərb, regionumuzdakı türk və ya digər ölkələrin xüsusi xidmət orqanlarından danışanda – bu, suveren dövlətlərin  xüsusi xidmət orqanları yox, baş kəşfiyyat xidmətinin – MKİ-nin bölmələridir. Həqiqət budur. Olsun ki, “Ağ Beretlilər”in yaradıcısı öz memuarları və həyatı barəsindəki kitabın üzərində çox səylə çalışırmış, bu isə yolverilməzdir. Bunlar gümandır, lakin çox ciddi gümandır”.

“Ağ Beretlilər” və ya “Ağ Dəbilqəlilər”

“Ağ Beretlilər” təşkilatı internetdə yayılan videolarla məşhurlaşmışdılar – bu lentlərdə onların fəallarının özlərinə xas olan uniformalarda dinc sakinləri dağıntıların altından necə xilas elədikləri təsvir ounurdu.

Lakin buna paralel şəkildə, elə həmin təşkilatın üzvlərinin səhnələşdirilmiş videolar çəkdiyini göstərən təsvirlər də yayılmağa başladı.

“Ağ Beretlilər”in yaradıcılarından biri olan, Britaniya hərbi kəşfiyyatının keçmiş əməkdaşı Ceyms Le Mezuryenin ölüm xəbəri 11 noyabr tarixində yayılıb. Onu ölmüş şəkildə İstanbuldakı evinin qarşısındakı bağda tapmışdılar. İlkin versiyaya görə, o hündürlükdən yıxılma nəticəsində həlak olub. Həyat yoldaşı Mezuryenin son dövrdə stressdən əziyyət çəkdiyini və psixotrop dərmanlar qəbul elədiyini bildirib.

Hurriyyet.org


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru