Salam, xoş gəlmisiniz.

“Müttəfiqlərimizin bizimlə həmrəy olmasını istəyirik” – Çavuşoğlu

2019-10-11 14:16:29

“Müttəfiqlərimizin bizimlə həmrəy olmasını istəyirik” – Çavuşoğlu

“NATO-nun baş katibi Yens Stoltenberqi Türkiyə ordusunun Suriyanın şimalında həyata keçirdiyi hərbi əməliyyatlar barədə məlumatlandırmışıq”.

Bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyədə səfərdə olan NATO baş katibi Yens Stoltenberqlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Ölkəsinin terrorizmə qarşı ardıcıl və qətiyyətli şəkildə mübarizə apardığını vurğulayan M. Çavuşoğlu qeyd edib ki, müttəfiqlərinin bu məsələdə Türkiyə ilə həmrəylik nümayiş etdirməsini istəməkləri onların ən təbii haqqıdır. “Türkiyənin təhlükəsizliklə bağlı müəyyən qayğıları var” – demək bəs etmir. Biz bu həmrəyliyi konkret şəkildə hiss etmək istəyirik”./apa/


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru