“Növbəti keçiriləcək seçkidə də demokratik prinsiplərə əməl edilməyəcək” - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

“Növbəti keçiriləcək seçkidə də demokratik prinsiplərə əməl edilməyəcək” - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

“Kim çox pul verəcək və yaxud iqtidarın nümayəndələri sədr seçiləcək”

“Ölkədə dekabrın 23-də bələdiyyə seçkiləri keçiriləcək. Bələdiyyə seçkiləri demokratiyanın inkişafında və siyasi partiyaların siyasi aktivliyində mühüm rol oynayır”. Hurriyyet.org xəbər verir ki, bu barədə Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə deyib.

“Dövlət qurumları bələdiyyənin möhürlü sənədini etibarsız və əhəmiyyətsiz sayır”

“Təəssüf ki, ölkədə bələdiyyə institutu çox zəifdi, icra hakmiyyətindən asılı bir qurum səviyyəsindədir. Baxmayaraq ki, seçkili orqan olaraq icra hakimiyyətlərindən daha geniş səlahiyyətə malik olmalıdırlar. Acınacaqlı hal odur ki, dövlət qrumları bələdiyyənin möhürlü sənədini etibarsız və əhəmiyyətsiz sayır. Halbuki, bələdiyyənin verdiyi hər hansı bir möhürlü sənəd daha da qanuni və hüquqi sənəddi”,-deyə politoloq əlavə edib.

M. Əsədullazadənin sözlərinə görə, bu illər ərzində yerliözünüidarə etmə orqanı olaraq ölkəmizdə bu seçkilərdə azad və rəqabətli rəşaitdə keçirilməyib və növbəti keçiriləcək seçkidə də demokratik prinsiplərə əməl edilməyəcək: “Kim çox pul verəcək və yaxud iqtidarın nümayəndələri sədr seçiləcək”.

Əsədullazadənin fikrincə, bələdiyyələrin inkişafı üçün onların səlahiyyətləri genişləndirilməli, icra hakimiyyətinin səlahiyyətləri bu orqana verilməlidir:“Ölkəmizin inkişafında bələdiyyə sisteminin aliliyi mühüm rol oynaya bilər. Çünki, sosial-iqtisadi sahə bu qrumun nəzarətində olacaq. Şəffaflığa əməl ediləcək”.

“Bələdiyyə sistemi yeni mərhələyə keçməlidir”

M.Əsədullazadə onu da qeyd edib ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası bu seçkilərə qatılır və öz namizədləri ilə ölkədə seçkilərin ədalətli keçirilməsinə çalışacaq: “Partiya sədri Razi Nurullayev daima bələdiyyə sistemində islahatları vurğulayıb və partiyanın bununla bağlı proqramı var. Bu seçkilərdə əvvəlki səhvlər təkrarlanmaz və islahatlarnan bələdiyyə sistemi yeni mərhələyə keçməlidir. Həmçinim Bakı Şəhər Böyük Bələdiyyəsi yaradılmalıdır. Bütün şəhər infrastrukturu bu qurumun sərəncamına verilməlidir. Bələdiyyə institutu yerli özünüidarə orqanı olaraq icra hakimiyyətindən kənar bir qrumdu. Ölkəmizdə isə, bələdiyyələr icra hakimiyyətindən asılı bir vəziyyətdədir”.

 Şamo EMİN, Hurriyyet.org