“Nəyə görə Əməkdar artist olurlar?” - Baloğlan Əşrəfovdan sərt sözlər

“Nəyə görə Əməkdar artist olurlar?” - Baloğlan Əşrəfovdan sərt sözlər

Əməkdar artist Baloğlan Əşrəfov indiki müğənnilərin asanlıqla  fəxri ad  almasından gileylənib. 

Hurriyyyet.org xəbər verir ki, tanınmış müğənni bu barədə “Yeni Sabah”a danışıb. 12 ildir ki, Əməkdar artist adını daşıyan sənətçi son vaxtlar yaranan durumla heç cür razılaşmadığını deyib:

“Mən elə bir yaşdayam ki, çoxdan şöhrət ordeni almalı vaxtımdır. Bunun səbəblərini araşdırmaq lazımdır. Bəzən olur ki, 3 il müğənnilik edənlər fəxri adlar alırlar. Bunların səbəbləri tapılmalıdır. Görün nələr baş verir, Azərbaycanın qiymətləndirilən müğənniləri ki, var adlar alırlar... 

Əməkdar sözü Sovet hökumətinin vaxtında idi. O vaxt pambıq yığımına gedirdik, kənd təsərrüfatı işçilərinin qarşısında, fermada oxuyurduq. Gedirdik tarlalarda çalıb-oxuyurduq, cəbhə bölgələrinə gedirdik. Əmək sərf edirdik və “Əməkdar artist” adını alırdıq, olurduq Əməkdar artist. İndi nəyə görə Əməkdar artist olurlar? İki mahnını səsyazma studiyasında yazdırdığı üçün? Bunun axırı nədir?  Biri 30, 40, 50 il  oxuyur heç bir fəxri adı ala bilmir, amma biri çıxır 2 il ərzində heç lazım olmayan adlara yiyələnir”.