“Ölkəmiz gələn il də MDB məkanında autsayderlər siyahısından çıxa bilməyəcək” - QUBAD İBADOĞLU

“Ölkəmiz gələn il də MDB məkanında autsayderlər siyahısından çıxa bilməyəcək” - QUBAD İBADOĞLU

“AYİB-in proqnozuna görə, 2020-ci ildə Azərbaycanda iqtisadi artım tempi aşağı düşəcək”

“Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) bu gün açıqladığı regional iqtisadi perspektivlər hesabatında Azərbaycanda gələn il üçün gözlənilən iqtisadi artım tempini 2,4 faiz proqnozlaşdırıb. Bu göstərici İqtisadiyyat Nazirliyinin bu günlərdə prezidentin tapşırığı ilə düzəliş etdiyi proqnozla müqayisədə 0,6 faiz bəndi aşağıdır. Belə ki, Azərbaycan hökümətinin proqnozuna görə növbəti ildə iqtisadi artım tempi 3,0 faiz təşkil edəcək. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Daha əvvəl hökumət gələn il üçün ÜDM-nin artımını 2,4 faiz səviyyəsində proqnozlaşdırmışdı”. Hurriyyet.org xəbər verir ki, bu barədə Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu deyib.

Q. İbadoğlu nəzərə çatdırıb ki, 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ÜDM-nin artımı 2,5 faiz, qeyri-neft sektoru üzrə artım 3,5 faiz olub: “Bu ilin sonuna iqtisadi artım 2,8 faiz gözlənilir. Bu isə o deməkdir ki, gələn iqtisadi artım tempi bu ilkindən aşağı olacaq. Beləliklə də Azərbaycan MDB məkanında autsayderlər sırasından çıxa bilməyəcək. MDB dövlətləri ilə müqayisəli vəziyyət cədvəl formasında təqdim olunur. Baxın görün necə inkişaf edirik”.

Gubad Ibadoglu adlı şəxsin şəkli.

Şamo EMİN, Hurriyyet.org