Salam, xoş gəlmisiniz.

“Qarabağ” - “Düdelanj” matçının hakimləri açıqlandı  

2019-12-10 14:02:13

“Qarabağ” - “Düdelanj” matçının hakimləri açıqlandı

 

Avropa Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində keçiriləcək “Qarabağ" - "Düdelanj" görüşünün hakimləri müəyyənləşib.

Hurriyyet.org xəbər verir ki, UEFA Bakıdakı qarşılaşmaya Estoniyadan olan hakimlər briqadasını göndərməyə qərar verib.

Matçda ədalət təmsilçisi Kristo Tohver olacaq. Ona Silver Koiv və Sten Klaasen kömək edəcəklər. Qarşılaşmada 4-cü hakim funksiyasını Juri Frişer yerinə yetirəcək.

Əlavə edək ki, 2010-cu ildən FIFA referisi statusunu daşıyan Kristo Tohver karyerasında ilk dəfə Azərbaycan təmsilçisinin matçını idarə edəcək.

Qeyd edək ki, dekabrın 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüşə saat 21:55-də start veriləcək.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru