Salam, xoş gəlmisiniz.

“Qazdığımız yolları biz təmir etməməliyik” – “Azərsu”

2019-11-07 12:25:11

“Qazdığımız yolları biz təmir etməməliyik” – “Azərsu”

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov rəhbərlik etdiyi qurumun yolları qazdıqdan sonra təmir etməməsi ilə bağlı ittihamlara münasibət bildirib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, sədr bu barədə Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında danışıb.

“Qazdığımız yolları biz təmir etməməliyik. “Azərsu”nun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə müqaviləsi var. Bu müqaviləyə əsasən, yolları onlar təmir etməlidirlər. Bəzən təmir bir iki gün çəkir, bu isə camaatın haqlı narazılığına səbəb olur. Bildiyim qədər Agentlik işləri tez görmək üçün yeni qurğular alıb”, – deyə o, qeyd edib.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93