Salam, xoş gəlmisiniz.

“Röyters” xəbər yaydı: “Baş nazir istefa verəcək”

2019-10-29 17:38:15

“Röyters” xəbər yaydı: “Baş nazir istefa verəcək”

Hurriyyet.org xəbər verir ki, İngiltərənin “Röyters” informasiya agentliyinə müsahibə verən livanlı rəsmi mənbə Livanın baş naziri Saad Haririnin bu gün və ya sabah istefa verəcəyini söyləyib.

Digər bir rəsmi mənbə də Harininin istefa verməyə hazırlaşdığını deyib.

Livanda son iki həftə ərzində davam edən etirazların iştirakçıları hökumətin istefasını və sistemin dəyişdirilməsini tələb edirlər.

Küçələrdə atışma baş verib

Hökumətin ortağı olan Hizbullah liseri Həsən Nəsrullah hökumətin hazırkı tərkibdə işləməyə davam eləməli olduğunu bildirmiş və tərəfdarlarını etirazlarda iştirak eləməməyə çağırmışdı.

Dünən paytaxt Beyrut şəhərinin baş küçəsini avtomobillərin üzünə bağlamış etriazçılarla Hizbullah və Əməl tərəfdarları arasında atışma baş verdiyi xəbəri yayılmışdı.

Hurriyyet.org


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru