Salam, xoş gəlmisiniz.

“Relax” istirahət mərkəzi deputat İqbal Məmmədovdan alındı – VDİEO

2019-11-18 10:04:15

“Relax” istirahət mərkəzi deputat İqbal Məmmədovdan alındı – VDİEO

İstirahət mərkəzinin işlədilməsi SOCAR rəhbərliyində vəzifə tutan məmurlardan birinin qohumuna tapşırılıb

Lerik rayonunda fəaliyyət göstərən "Relax" İstirahət və Turizm Mərkəzi deputat İqbal Məmmədovdan alınıb. AzFakt.com-a daxil olan məlumata görə, bir neçə gün öncə deputatın yaxın adamlarının iştirakı ilə adı çəkilən istirahət mərkəzində təhvil - təslim işləri həyata keçirilib. Hazırda "Relax" İstirahət və Turizm Mərkəzinə SOCAR rəhbərliyində vəzifə tutan məmurlardan birinin yaxın qohumunun nəzarət etdiyi bildirilir.  

Qeyd edək ki, “"Relax" İstirahət və Turizm Mərkəzi ilə bağlı bu ilin avqust ayında ciddi qalmaqal yaranıb. Belə ki, “Relax” istirahət mərkəzini idarə edən deputat İqbal Məmmədovun oğlu və yaxın qohumları mərkəzi yoxlamağa gələn vergi işçilərini təhqir edərək döyüblər. 

Vergi işçilərinin "Relax" İstirahət və Turizm Mərkəzində döyülməsi videosunun yayılmasından sonra deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı və digər 5 nəfər barəsində Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Vergilər Nazirliyinin "Relax" İstirahət və Turizm Mərkəzində apardığı yoxlama nəticəsində məlum olmuşdu ki, faktiki sahəsi 14 hektardan çox olan və qonaqların qalması üçün 142 nömrədən ibarət istirahət mərkəzində müxtəlif təyinatlı 20 obyektin fəaliyyət göstərməsinə baxmayaraq, 2018-ci ildə cəmi 10 min 726 manat, 2019-cu ilin ötən dövrü ərzində isə 972 manat məbləğində vergi ödənilmişdir./azfakt.com/

 

 

 


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru